Ömrümüzü, günümüzü nəyə sərf edirik? - Cəmiyyət - Cəmiyyət - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-03, 2:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Ömrümüzü, günümüzü nəyə sərf edirik?
2013-12-26, 11:51 AM
Ömrümüzü, günümüzü nəyə sərf edirik?

Həqiqətən də düşündürücü sualdır. Saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz.  Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət  vaxtıdır. Yatmaq lazımdır ki, İnşaallah sabah üçün enerji toplayaq və yenidən fəaliyyətə başlayaq. Yenə də səhər açılır, iş-güc, hay-həşir və nəhayət yenə axşam düşür...
Keçmiş dövrlərdən fərqli olaraq indiki  sürətlə dəyişən dövrümüz bizə maddiyata çox vaxt ayırmağı aşılayır. İntensiv pul qazanmaq və intensiv xərcləmək. Çox qazan, çox xərclə. Nəticədə müəyyən rahatlığa çatmaq var və rahatlığa çatmaq üçün əzm, işləmək var. Yəni hər rahatlığın yanında, bir zəhmət var.
Çoxumuz həyatda vaxtımızdan səmərəli istifadə etmirik. Planlarımızı, işlərimizi, qərarlarımızı kənar təsirlərlə veririk. Vaxtımızı da ən çox aparan maddi yüklənmələrimizdir. Geniş və təmtəraqlı evimiz və ev əşyaları, bahalı avtmobillərimiz, dəbdəbəli geyimlərimiz, sadə olmayan yeməklərimiz və s. İstəyirik ki, maksimum komfortluq içində yaşayaq.
"Başqalarından niyə geri qalmalıyam ki,” məntiqi ilə  və ya "Yaxşı yaşamaq varkən, niyə narahat yaşayaq ki?” məntiqi ilə yaşayırıq. Amma düşünmürük ki, bu qədər komfortu əldə etmək və onu davamlı saxlamaq üçün də zəhmət çəkməliyik. Çox işləmək, çox qazanmaq lazımdır ki, maddi sərvətlərimiz çox olsun.
Amma tarixdə bir qrup azlıq təşkil edən insanlar olub ki, sadə həyat tərzinə üstünlük veriblər. Bu insanlar əsasən elm əhli, filosoflar, yazıçılar və bu qəbildən olan insanlar olub. İndi də var belə insanlar. Belə insanlar maddiyata  çox vaxt sərf etməyiblər. Sadəcə bir vasitə kimi baxıblar maddi resurslara. Sadə ev, sadə yemək, sadə geyim  və s. Vaxtlarını ən çox maarifçiliyə, təmənnasız elmi yaradıcılığa və insanlara xidmətə sərf etmişlər.
Öz maraq dairələri çərçivəsində uğura çatmışlar, gün ərzində vaxtlarının əsas hissəsini öz missiya və məqsədlərinə sərf etmişlər, lazımlı və düşündürücü həyat sürmüşlər,  dünyanın əbədi olmadığını idrak edib özlərini tamamilə maddiyata sərf etməmiş və dünyanın yalançı bər-bəzəyinə aldanmamışlar. Belə insanlar həyatın nəbzini tutmuşlar, rahat yaşamışlar. Daha ali mövzuların-insanlığın, yaşam fəlsəfəsinin, bu dünyadan sonrakı əbədi aləmin və s. Şübhəsiz ki, bu həyatda Ömürlərini ən düzgün yaşayan da elə  bu insanlardır.
Çox vaxt insan kütlə tərzindən çıxıb təfəkkürlü həyat tərzi yaşamaq istəyəndə ona maneələr olur. Ailə üzvləri ilk növbədə qarşı çıxır. Həyat yoldaşı, valideyni və başqaları. İddialı insan bu mərhələləri keçməlidir. Çünki çoxluğun onu anlamaması tam normaldır. Ona görə də insan ailə qurarkən öz yarını tapmalıdır ki, bir-birlərinə dəstək olsunlar, bir-birini tamamlasınlar.

Sosial psixologiya üzrə tədqiqatçı Vüsal Nadiroğlu 

ihq/az

Category: Cəmiyyət | Added by: Ənfal
Views: 354 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0   Spam
1 Günahkar-Bəndə   (2013-12-29 10:38 PM)
Çox vaxt insan kütlə tərzindən çıxıb təfəkkürlü həyat tərzi yaşamaq istəyəndə ona maneələr olur. Ailə üzvləri ilk növbədə qarşı çıxır.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]