Şənbə günü, 2024-04-20, 2:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

İblisin insan təkamülü yolunda qurduğu tələlər
2012-12-06, 5:52 PM
İblisin insan təkamülü yolunda qurduğu tələlər
 İblis insanı yolundan azdırmaq üçün ən rahat və işə yarayan yollardan istifadə edir. Adi insanların nəzərində dini görünən əməlləri o qədər vəsvəsə edir ki, elə həmin yolda insanı xataya düçar edər.

Həzrət Peyğəmbər (s) hədislərin birində buyurur: "9 şey vardır ki, şeytanın vəsvəsəsi ilə insan üçün bəlaya çevrilər. Hər şeydən əvvəl söz danışmaqdır ki, şeytanın vəsvəsəsi ilə yalan və qeybət ilə ibadətdə tənbəllik və yorğunluq gətirər. İnsanın zirəkliyi özünü nümayişə çevrilər. Ya da minnət qoymaqla olan bəxşişdir. İnsan zahiri gözəlliyi olan zaman şeytanın vəsvəsəsi ilə özünü nümayiş etdirər, eqoistliyə düçar olar. Səbirli insan İblisin hiyləsi ilə axmaq yollara tərəf çəkilər”.

Məsələn insanı dünyaya məhəbbət, mala məhəbbət, övlada məhəbbət və s. yollarla haqq yolundan uzaqlaşdırar.

Dil - nemətdir

Allahın insana verdiyi ən böyük nemətlərdən biri dildir. Dil insanın fikir və düşüncəsini bəyan etmək üçün bir vasitədir. Dil vasitəsilə fikir və əqidələr bir insandan başqasına ötürülər.

Dil insanı inkişaf etdirən vasitələrdən biridir. Allah bu nemətə əhəmiyyət vermək üçün Quranı göndərir və bəyan edir, onu insanlara öyrədir.

Nəticədə insan öz fikir və düşüncələrini danışaraq aşkar edir. Əgər söz olmasaydı, insan daxilində olanları aşkar etməkdə çətinlik çəkərdi.

İmam Əli (ə) buyurur: "Dilin vasitəsilə cəhənnəm əhli alova düşüdür. Nur əhlinin dilinə nur bağışlanar”. Ona görə də dilinizi qoruyun. Onu Allah zikri ilə məşğul edin. İmam Sadiq (ə) buyurur: "Həqiqətən Adəm övladının ən böyük günahı dili ilədir”.

İmam Muhəmməd Baqir (ə) buyurur: "Həqiqətən bu dil - bütün xeyr və şərin açarıdır. Ona görə də mömin dilinə möhür vursa yaxşı olar. Necə ki, gümüş və qızılına möhr vurar”. Peyğəmbər (s) buyurur: "Allah rəhmət etsin o möminə ki, dilini hər bir şərrdən saxlayar. Bəs bu özündən özünə verilən sədəqədir”.

Bəxşiş və yardımı minnətlə etmək

İnfaqın ən böyük bəlalarından biri - onu minnət qoyaraq etməkdir. Allah insanları bu işdən agah edir və buyurur: "Ey o kəslər ki, iman gətirmisiniz! İnfaq və bəxşişlərinizi minnət qoyaraq, əziyyət verərək, batil etməyin”. Allah bu cür insanları riyakarlara bənzədir.



Gözəlliyinizə görə ehtiyatlı olun

Güllər də solduğu kimi, gözəllik də bir gün solacaqdır. Müxtəlif zinətlərdən istifadə etmək, bahalı minik və təmtəraqlı paltarlar geyinmək öz-özlüyündə caizdir, ancaq əgər təkəbbürə və özünü nümayiş etdirməyə gətirib çıxardarsa, başqalarının hüququna təcavüz etmək olar. Bu da camal və gözəlliyi məhv edər.

Quranda adı çəkilən Qarunun hekayəsinə nəzər salanda görmək olur ki, dünya mal və dövləti, zinətləri təkəbbürə gətirib çıxardır. O, Bəni-İsrayildan idi, bir gün zinətləri ilə bir yerdə özünəməxsus halda evindən bayıra çıxır. Onun bu bayıra çıxmağı adi işlər üçün deyildi, özünü nümayiş xarakteri daşıyırdı. Zəif imanlı insanlar bu təmtəraqı görən zaman ona məftun oldular. Onu xoşbəxt hesab etdilər. Onun kimi olmağı arzuladılar.

Onun süqut etməsi də bu insanların gözü qarşısında baş verdi və onlar üçün ibrətli bir dərs oldu. Yəni, insan gərək zinət vasitəsilə başqalarını maddiyyata tərəf çəkməsin, bu, onun gözəlliyini məhv edər. O kəs ki, yalan danışar, gözəlliyi əldən gedər.

Ona görə də iblisin tələlərini tanımağa çalışaq və onlardan uzaq olmağa səy edək.



(Tebyan/ Deyerler.org)


 
Category: Cəmiyyət | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 EHLI-BEYT_ASIQI   (2012-12-22 7:35 PM) [Daxil et]
twk cox maraqli idi allah bizleri iblisin hiylelerinen qorusun.aminnn.... angel angel

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]