Şənbə günü, 2024-04-20, 7:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Cəmiyyətimizdəki natamamlıq probleminin kökü nədədir?
2012-12-21, 11:40 PM
Cəmiyyətimizdəki natamamlıq probleminin kökü nədədir?

Yarımçıqlıq və natamamlıq. Sinonim sözlərdir. Müxtəlif mənalarda işlədə bilərik. Amma gəlin sırf insanın insanlığındakı natamamlığa diqqət yetirək. Niyə baş verir bu? Kökü nədədir?



Həqiqətən də düşündürücü suallardır. Məhz cəmiyyətimizdə çoxumuzda bu problem var. Kökü isə bir məsələdədir. Artıq və hazırlıqsız məsuliyyət götürməkdə. Bəli bu sualın cavabı budur. Yersiz yüklənmə, qaldıra bilməyəcəyimiz öhdəliyi götürmə. Yaxud da xeyri zərərindən az olan məsuliyyətə qatlanma.



Natamamlığımız valideynlik statusumuzda, ixtisasımıza yiyələnməkdə, ünsiyyətimizdə, yardımlaşmağımızda və s. situasiyalarda özünü göstərir.


Əfsus ki, bu problemə lazımi qədər əhəmiyyət verə bilmirik. Anlaya bilmirik ki, bu məsələni həll etsək, sıxıntılarımızın çoxu həll olacaq.



Məsələ ondadır ki, bizim plan və istəklərimiz çoxdur. Amma təhlilsiz. Təhlil zəif olarsa, o istədiyimiz arzumuz həyata keçəndən sonra bizə problem ola bilər. Çünki hər kəsin öz dərəcəsi, öz tutumu və öz ehtiyacları vardır. Məsələn biz qonşuda bahalı avtomobil görürük. Deyirik məndə də olsun.


Halbuki bizə zəruri deyil o avtomobil. Amma qonşumuza işiylə bağlı yaxud maddi qüdrətinə uyğun olaraq ona lazım olduğunu anlamırıq. Kreditlə maşını əldə edirik. Sonradan anlayırıq ki, mənə heç də zərurət deyilmiş bu. Beləliklə üç illik krediti ödəyincə çox narahatlıq keçiririk. Ailəmizə, ehtiyaclılara xərcləyəcəyimiz pulu kreditə ödəyirik. Bu səhv addımın gətirdiyi stres, aqressivlik isə bizdə mənfi xarakter formalaşdırır. Peşmançılıq bizi gecə-gündüz narahat edir.



Digər bir nümunə ailəylə bağlıdır. Planlaşdırılmamış, kütlədən təsirlənmiş şəkildə verilən evlənmək qərarları, tanış ailələrin övlad sayına uyğun ailə planlaşdırma halları. Hər iki vəziyyət çox acınacaqlıdır. Olduqca mühüm qərarları kütlədən təsirlənməklə vermək qətiyyən yolverilməzdir. Bunun fəsadlarını görürük cəmiyyətimizdə. Boşanmaların sayının artması, övladlararası sağlam olmayan rabitələr və s.



Natamamlığın əksi bütövlükdür. Bütövlük də maksimalist yanaşma deyil. Yəni demirik ki, 100% problemsiz olsun proseslər. Xeyr. Sadəcə kamillik faizi üstünlük təşkil etsin. Bunun üçün isə:



- İnsanda özünə güvən yerində olmalıdır


- Məqsəd və planı dəqiq olmalıdır


- Planlarında zamanlama olmalıdır


- Kənar təsirlənmələr çox az olmalıdır



Bütöv insanlar problemdən qorxmurlar. Hadisələri şişirtmirlər. Tənbəllikdən uzaqdırlar. Hərəkətdədirlər. Əfsus ki, natamam insanlar bu müdriklərin aktivlik xüsusiyyətini görə bilmirlər. Deyirlər niyə onda var məndə yoxdur?. Anlamır ki, özünün konkret planı yoxdur, həyati əhəmiyyətli qərarlarını təsirlərlə verir və ən mühümü tənbəl və şikayətçi üstəlik də bədbindir. Amma halbuki bu köklü xüsusiyyətləri özündə aşılasa o istədiyi arzularına rahat çatacaqdır.

ihq/az


Category: Cəmiyyət | Added by: Ənfal
Views: 636 | Downloads: 0 | Comments: 3 | Rating: 0.0/0
Total comments: 3
0  
3 EHLI-BEYT_ASIQI   (2012-12-24 8:19 PM) [Daxil et]
TWKK. wacko ah ah up

0  
2 EHLI-BEYT_ASIQI   (2012-12-24 8:00 PM) [Daxil et]
TWK ALLAH RAZI OLSUN...

0  
1 GADİR   (2012-12-22 8:47 PM) [Daxil et]
Salam aleykum
iki hədis istərdim təqdim edim diqqətinizə;

Bismillahir-Rəhmanir-Rəhim.
Rəvayət olmuşdurki bir kişi
İmam Zeynulabidinin(ə.s.)huzuruna gəlib öz vəziyətindən şikayət elədi, Həzrət buyurdu;
Yaziğ Adəm övladi, onun üçün üç bəla və müsibət vardir,amma onlarin heçbirindən ibrət almir, əgər ibrət alsa dünyanin işləri və bəlalari onunüçün hasand olar, birinci bəla hərgün onun ömrünün azalmasidir- doğurdanda əyər onun var dövlətində çatişmamazliq olsa kədərlənər gussəli olar,halbuki əldən getmiş dirhəmlərin yerini sonradan gələn dirhəmlər doldurar, ancag ömrü heçnə qaytara bilməz, onun yerini heç bir şey tutmaz.
İkinci bəla və müsibət onun ruzisidir,əgər halal olsa ondan hesabat alacaqlar və əgər haram olsa ona əzab verəcəklər.
Üçüncü bəla isə onlardanda böyükdür, nədir deyə soruşdular? Həzrət buyurdu; Helə bir gün olmurki axirət dünyasina bir mənzil yaxinlaşmamiş olsun,
lakin behişdəmi yoxsa cəhənnəmə gedəcəyini fikirləşmir.

Bismillahir-Rəhmanir-Rəhim
İmam Cəfəri-Sadig(ə.s.)öz Ata-Babalarindan onlarda Həzrət Əmirəl mö`minin Əli ibni Əbu-Talib(ə.s.)dan
nəgl edirlərki İsa ibni Məryam(ə.s.) belə buyurmuşdur; Xoş o adamin halinaki sükuti fikirləşmək və baxişi ibrətdir öz evi özünə kifayət edər, öz günahlarina görə ağlayar, camaat onun əlindən və dilindən əsayişda və əmin amanliqda olalrlar.

Allahumə Salli Əla Muhammədin və Ali Muhamməd !

BƏHSƏ-BƏSS insanlarin şurini və mədəniyyətinində böyuk təsir göstərir,əffüslar olsunki belədir və getdikcə dahada güclənəcək!
Salam aleykum və rəhmətullahi və bərəkətuh

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]